XƏBƏR, MƏDƏNİYYƏT
22-08-2019, 23:57

Sahibkarlar istanbulda İƏT-in konfransında iştiraka dəvət olunurlar

Sahibkarlar istanbulda İƏT-in konfransında iştiraka dəvət olunurlar

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.

AZPROMO-dan Qərbinfo.az-a bildirilib ki, dekabrın 9-10-da İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yüksək səviyyəli ictimai və özəl sərmayələr konfransı keçiriləcək. Konfransın məqsədi İƏT üzv ölkələrinin dövlət və özəl siyasətçilərini bir araya yığmaqla biznes mühitin milli və regional səviyyədə inkişaf etdirilməsi üçün fikir mübadiləsinin aparılması və biznes rəhbərləri üçün əsas strateji sahələr üzrə mövcud çətinliklərin və imkanların araşdırılması üçün platforma təmin etməkdir. Konfransda iştirak etməkdə maraqlı olan sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.






Son Xəbər