XƏBƏR, MƏDƏNİYYƏT
22-08-2019, 23:23

Bakıda Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi mövzusunda konfrans keçirilib

Bakıda Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi mövzusunda konfrans keçirilib

Azərbaycan inkişaf mərhələsini yaşayır. Ölkəmiz müasir dövlətlərin içərisində ən uğurlularındandır. Bu həm də ölkədaxili proseslərin ürəkaçan olmasından irəli gəlir. Ölkəmizin dünya birliyində kifayət qədər nüfuzu var. Azərbaycan dünyada baş verən prosesləri təkcə izləmir, həm də həmin proseslərin iştirakçısı və istiqamətvericisidir.

Qərbinfo.az-a xəbər verir ki, bu fikirləri baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov "Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi" mövzusunda keçirilən konfransda deyib. Baş nazirin müavini qeyd edib ki, Azərbaycan heç zaman indiki qədər güclü, qüdrətli, əzəmətli və müasir olmayıb. Yaşayış səviyyəsi də indiki qədər yüksək olmayıb. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan narahat dünyada stabilliyi qoruyub saxlayır. Bu, Azərbaycan gerçəkliyinin ən ibrətamiz amillərindən biridir.

Ə.Əhmədov bildirib ki, Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi dünya birliyinə verilən töhfədir. Azərbaycan dünyada baş verən münaqişələrin dialoqla həll edilməsinin tərəfdarıdır. Avropanın bir sıra ölkələrində multikulturalizm ideyalarından kənarlaşma meyilləri müşahidə olunur. Azərbaycan isə multikulturalizmin əhəmiyyətli olduğunu hər zaman vurğulayır.

Baş nazirin müavininin sözlərinə görə, Azərbaycan sivilizasiyalar və mədəniyyətlər arası dialoqa böyük töhfəsini verir. “Multikulturalizm Azərbaycanın ictimai həyatının əhəmiyyətli bir dəyərinə çevrilib və bu dəyər Azərbaycan tərəfindən ciddi şəkildə bütün dünyaya təbliğ edilməkdədir. Xüsusi olaraq indiki halda sivilizasiyalar arasında, mədəniyyətlər arasında bizi narahat edən çox kəskin toqquşmaların baş verdiyi bir zamanda multikulturalizm ideyalarının təbliğ edilməsi xüsusi önəm daşıyır. Məmnunluq hissi ilə demək lazımdır ki, artıq dünya birliyi, beynəlxalq təşkilatlar da Azərbaycanın sivilizasiyalararası dialoqa böyük töhfə verdiyini birmənalı şəkildə etiraf edir. Azərbaycanın bu sahədəki fəaliyyətinə çox ciddi dəstək verən Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu ilk təşəbbüsün irəli sürülməsində əhəmiyyətli rol oynayıb ki, Azərbaycanda sivilizasiyalar, mədəniyyətlərarası dialoq təşkil edilsin, Azərbaycan bu prosesə öz töhfəsini versin", - deyə Əli Əhmədov bildirib.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Tarix Muzeyinin direktoru, AMEA-nın həqiqi üzvü Nailə Vəlixanlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor Rəvan Həsənov və Xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimov mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi mövzusunda çıxış ediblər. Çıxışçılar bildiriblər ki, Azərbaycan dövləti və Heydər Əliyev Fondu mədəniyyətlərarası və multikulturalizm sahəsində mühüm tədbirlər reallaşdırıblar. Azərbaycanda müxtəlif dinlərin fəaliyyəti və milli mədəniyyətimizin təbliği sahəsində önəmli işlər görülüb.

Son Xəbər