XƏBƏR, HADİSƏ
22-08-2019, 22:54

Şəmkirdə 31 yaşlı kişi bıçaqlanıb

Şəmkirdə 31 yaşlı kişi bıçaqlanıb

Şəmkir rayonunda 31 yaşlı kişi bıçaqlanıb.

Qərbinfo.az-ın Qərb Mərkəzinin məlumatına istinadən xəbər verir ki, Kür qəsəbə sakini, 1988-ci il təvəllüdlü Emil İsgəndərov qarın nahiyəsindən bıçaq yarası alıb. O, ağır vəziyyətdə xəstəxanaya aparılıb və cərrahiyyə əməliyyatına alınıb.

Hadisənin ailə münaqişəsi zəminində törədildiyi bildirilir. Belə ki, E.İsgəndərov Keçili kəndindən qohumu olan Ayxan adlı şəxslə birlikdə Şəmkir çayının sahilinə gedib. Həmin ərazidə qohumlar arasında mübahisə yaranıb və nəticədə E.İsgəndərov bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.






Son Xəbər