XƏBƏR, DÜNYA
21-08-2019, 22:58

İslandiyanın Okjökul buzlağı 30 ilə əriyərək yox olub

İslandiyanın Okjökul buzlağı 30 ilə əriyərək yox olub

NASA İslandiyanın böyük buzlağının - Okjökulun yüksək temperaturdan necə əridiyini əks etdirən foto yayıb.

Qərbinfo.az “Mirror” nəşrinə istinadla xəbər verir ki, son 30 ildə bu buzlaq tamamilə əriyərək yox olub. 2014-cü ildə isə ölü elan edilib.

Qeyd olunub ki, əvvəllər buzlağın sahəsi təxminən 38 kvadratkilometr olub. Ancaq 1978-ci ildə buzlaq sahəsi yalnız 3 kvadratkilometr ərazini əhatə edib. Mütəxəssislərin fikrincə, Okjökul buzlağı XX əsrin sonlarında əriyərək yox olub.






Son Xəbər