XƏBƏR, İDMAN
21-08-2019, 18:49

Sərbəst güləşçilərimiz Rusiyada güclərini sınayacaqlar

Sərbəst güləşçilərimiz Rusiyada güclərini sınayacaqlar
Oktyabrın 19-20-də Rusiyanın Kemerov vilayətində sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək.

Qərbinfo.az xəbər verir ki, turnirə Azərbaycan güləşçiləri ilə yanaşı, Belarus, Bolqarıstan, Macarıstan, Özbəkistan, ABŞ, Yaponiya və digər ölkələrdən idmançılar qatılacaqlar.

Yarışda 26 ölkədən 200-dən artıq güləşçi birincilik uğrunda mübarizə aparacaq.






Son Xəbər