XƏBƏR, HADİSƏ
21-08-2019, 12:30

MiQ-29 təyyarəsinin pilotu ilə vida mərasimi keçirilir

MiQ-29 təyyarəsinin pilotu ilə vida mərasimi keçirilir

Ötən gün meyiti tapılan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevlə vida mərasimi keçirilir.

Qərbinfo.az-ın məlumatına görə, mərhum pilotla vida mərasimi Yeni Yasamalda yerləşən evinin həyətində başlayıb.

R.Atakişiyevlə rəsmi vida mərasimi hazırda Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində davam etdirilir.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov vida mərasimində iştirak edir.

Pilot daha sonra II Fəxri Xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, bu il iyulun 24-də plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.






Son Xəbər