XƏBƏR, İDMAN
20-08-2019, 21:52

Millimizin heyətində dəyişiklik edilib

Millimizin heyətində dəyişiklik edilib

Bakıda təlim-məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Qərbinfo.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, İtaliyanın “Feldi Eboli” klubunun müraciəti əsasında Poletto Fabio Jose millinin toplanışından azad edilib.

Qeyd edək ki, Azərbaycan millisi avqustun 26-da və 28-də müvafiq olaraq Minskdə və Borisovda Belarus yığması ilə yoldaşlıq oyunları keçirəcək.






Son Xəbər