XƏBƏR, İQTİSADİYYAT
19-08-2019, 16:51

Şəmkirdə yun tədarükü məntəqəsi hərraca çıxarılıb

Şəmkirdə yun tədarükü məntəqəsi hərraca çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsindən tərəfindən innovativ üsullar tətbiq edilməklə keçirilən hərraclar davam etdirilir.

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə keçirilən hərraclarda vətəndaşlar həm onlayn qaydada, həm də hərrac keçirilən məkana gəlməklə iştirak edə bilərlər.

Qərbinfo.az xəbər verir ki, özəlləşdirməyə çıxarılan kiçik dövlət əmlaklarından ümumi faydalı sahəsi ən yüksək olan dövlət əmlakı Şəmkir rayonu, Keçili kəndindəki Şəmkir yun tədarükü məntəqəsidir. Adıçəkilən dövlət müəssisəsi ümumi faydalı sahəsi 3312 kvadratmetr olmaqla 62 min kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb.






Son Xəbər