XƏBƏR, SOSİAL
16-08-2019, 09:29

Təhsil naziri şəmkirli orta məktəb məzunlarını təltif etdi - YENİLƏNİB

Təhsil naziri şəmkirli orta məktəb məzunlarını təltif etdi

Təhsildə xüsusi fərqlənməyə görə Şəmkirli orta məktəb məzunları medalla təltif ediliblər.

Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramovun 30 iyul 2019-cu il tarixli, F-474 nömrəli əmri ilə Şəmkir rayon Xanallar kənd tam orta məktəbin məzunu Abbasova Nurcan İsaq qızı qızıl, Şəmkir şəhər Morul tam orta məktəbin məzunu Novruzov Nəriman Firdovsi oğlu isə gümüş medalla təltif olunub.

Qeyd edək ki, Xanallar kənd tam orta məktəbin məzunu Abbasova Nurcan İsaq qızı bütün fənlər üzrə yekun qiymətlərinin “5” və buraxılış imtahanlarında hər bir fənn üzrə nəticənin 75 baldan yuxarı olduğuna, həmçinin fənn olimpiadalarının respublika turunda Azərbaycan dili fənni üzrə 3-cü yerə layiq görüldüyünə görə qızıl medalla, Morul tam orta məktəbin məzunu Novruzov Nəriman Firdovsi oğlu isə bütün fənlər üzrə yekun qiymətlərinin “5” və buraxılış imtahanlarında hər bir fənn üzrə nəticənin 75 baldan yuxarı olduğuna, eləcə də 2018-ci ildə Ruminyada keçirilən Beynəlxalq səviyyəli “İnformatiks” olimpiadasında Robototexnika üzrə 1-ci yerə layiq görüldüyünə görə gümüş medalla təltif olunub.


Qərbinfo.az xəbər verir ki, medallar Şəmkir RTŞ-nin müdiri Məcid Şıxlinski tərəfindən məzunlara təqdim edilib.

Təhsil naziri şəmkirli orta məktəb məzunlarını təltif etdi
Təhsil naziri şəmkirli orta məktəb məzunlarını təltif etdi






Son Xəbər