XƏBƏR, DÜNYA
15-08-2019, 22:27

Hindistanla təmas xəttində 3 Pakistan əsgəri həlak olub

Hindistanla təmas xəttində 3 Pakistan əsgəri həlak olub

Hindistanla təmas xəttində 3 Pakistan əsgəri həlak olub.

Qərbinfo.az DawnNews saytına istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Pakistan Silahlı Qüvvələrinin ictimaiyyətlə əlaqə departamentinin rəisi, general Asif Qafur məlumat verib.

A.Qafur qeyd edib ki, Hindistan əsgərlərinin atəş açması nəticəsində həlak olan hərbçilərin meyitləri təmas xəttindən çıxarılıb. Pakistan ordusu bu ərazidə əks-hücuma keçərək qarşı tərəfin 5 əsgərini öldürüb. Onun sözlərinə gör. Daha bir neçə hindistanlı hərbçi yaralanıb. General Qafur əlavə edib ki, hazırda təmas xəttində döyüşlər davam edir.

Ordu rəsmisi əlavə edib ki, bu insidentlər Cammu və Kəşmir regionunda gərginliyin artması fonunda baş verib. Onun sözlərinə görə, Hindistan əsgərləri avqustun 15-də - bu ölkənin müstəqillik günündə qarşı tərəfə atəş açıblar.






Son Xəbər