XƏBƏR, DÜNYA
15-08-2019, 19:26

Türkiyədə hərbi hissəyə hücum olunub

Türkiyədə hərbi hissəyə hücum olunub

Türkiyənin cənub-şərqindəki Hakkari vilayətində hərbi hissəyə hücum olub.

Qərbinfo.az-ın məlumatına görə, hücum PKK terror təşkilatının silahlıları tərəfindən törədilib.

Hadisə nəticəsində hərbi hissədə xəsarət alan olmayıb. Qeyd olunur ki, hücumdan sonra Türkiyə qoşunları lokal əməliyyatlara başlayıb.

Əməliyyatlar nəticəsində iki terrorçu zərərsizləşdirilib.






Son Xəbər