XƏBƏR, DÜNYA
14-08-2019, 20:46

Ukraynada 205 yaşayış məntəqəsi işıqsız qaldı

Ukraynada 205 yaşayış məntəqəsi işıqsız qaldı

Ukraynada 205 yaşayış məntəqəsi işıqsız qalıb.

Qərbinfo.az-ın məlumatına görə, buna səbəb ölkədə müşahidə edilən kəskin hava şəraitidir.

Belə ki, yağışla müşahidə edilən güclü külək və ildırım xüsusən Çernikovski vilayətində elektrik təchizatına ziyan vurub. Məlumata görə, burada 105 yaşayış məntəqəsinin elektrik təchizatında problem yaranıb. Bundan başqa, Lvov, Çernovits, Kiyev və Jitomirdə də eyni problem yaşanır. Burada güclü külək elektrik dirəklərini aşırmaqla yanaşı, evlərin dam örtüklərini də dağıdıb.

Hazırda həmin ərazilərdə elektrik verilişinin bərpası üçün təxirəsalınmaz tədbirlər görülür.






Son Xəbər