XƏBƏR, İQTİSADİYYAT
14-08-2019, 15:29

Azərbaycandan 612 min tonadək neft məhsulları ixrac edilib

Azərbaycandan 612 min tonadək neft məhsulları ixrac edilib
Cari ilin yanvar-iyul aylarında ölkədən 611 min 313 ton (2710 mal kodu üzrə) neft məhsulları ixrac edilib. İxrac edilən neft məhsullarının dəyəri isə 306 milyon 725 min ABŞ dolları olub.

Bu barədə Qərbinfo.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Xatırladaq ki, ötən ilin 7 ayında ölkədən 636 min 572 ton neft məhsulları ixrac olunmuş, həmin ixracın dəyəri 334 milyon 6 min dollar təşkil etmişdi.






Son Xəbər