XƏBƏR, SOSİAL
14-08-2019, 12:21

Bayram günlərində Şəmkirdə zəhərlənmə halları qeydə alınmayıb - RƏSMİ MƏLUMAT

Bayram günlərində Şəmkirdə zəhərlənmə halları qeydə alınmayıb

Qurban bayramı günlərində Şəmkir rayon Mərkəzi Xəstəxanasına edilən müraciətlərin arasında zəhərlənmə halları aşkarlanmayıb.

Qərbinfo.az xəbər verir ki, bayram günlərində 25 nəfər sakin tibbi xidmətin göstərilməsi ilə bağlı müraciət edib.

Şəmkir rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə daxil olan müraciətlər ümumi xəstəliklə bağlı olub və zəhərlənmə halları qeydə alınmayıb.






Son Xəbər