XƏBƏR, MƏDƏNİYYƏT
14-08-2019, 11:52

Azərbaycan tarix və mədəniyyət abidələrinin siyahısında dəyişiklik edilib

Azərbaycan tarix və mədəniyyət abidələrinin siyahısında dəyişiklik edilib

Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına yeni abidələr daxil edilib.

Nazirlər Kabineti “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərarına dəyişiklik edib.

Qərbinfo.az xəbər verir ki, Dəyişikliyə əsasən “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın “Memarlıq abidələri” bölməsinə yeni abidələr daxil edilib. Həmin abidələr S.Rüstəm küçəsi, 10, 1913-cü il tarixə aid olan İbadət evi, eyni zamanda R.Rza küçəsi (34) ilə H.Aslanov küçəsinin (85) kəsişməsində yerləşən məsciddir.

Nazirlər Kabineti Mədəniyyət Nazirliyinə aidiyyəti qurumlarla birlikdə bu qərardan irəli gələn məsələləri həll etməyi tapşırıb.






Son Xəbər