XƏBƏR, SİYASƏT
10-08-2019, 17:25

Beynəlxalq yarışda Ermənistan Azərbaycana qarşı təxribata əl atıb - FOTO

Beynəlxalq yarışda Ermənistan Azərbaycana qarşı təxribata əl atıb - FOTO

Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları – 2019” yarışlarında Ermənistan Azərbaycana qarşı növbəti təxribata əl atıb.

Qərbinfo.az Rusiya bürosunun verdiyi məlumata istinadən xəbər verir ki, bu dəfə ermənilər öz stendlərində Azərbaycan milli musiqi alətlərini və məişət əşyalarını öz tarixi alətləri kimi “Beynəlxalq Ordu Oyunları - 2019” yarışının iştirakçılarına təqdim edirlər.
Belə ki, musiqi alətlərindən tar, saz, kamança və tütək tarixi erməni milli musiqi aləti kimi göstərilir. Bundan başqa məişət əşyalarından “Sənək” də erməniləşdirilib.

Bu fakt barədə təşkilatçılar məlumatlandırılsada hələdə müsbət nəticə əldə edilməyib.
Qeyd edək ki, avqustun 3-də Moskva vilayətinin Kubinka rayonunda yerləşən Alabino poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2019” yarışları start götürüb.

Xatırladaq ki, Qeyd edək ki, bundan əvvəl “Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində nümayiş olunan stenddə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını öz ərazisi kimi təqdim etmişdi və Azərbaycan tərəfinin müdaxiləsindən sonra həmin xəritə stenddən yığışdırılmışdı.

Beynəlxalq yarışda Ermənistan Azərbaycana qarşı təxribata əl atıb - FOTO
Beynəlxalq yarışda Ermənistan Azərbaycana qarşı təxribata əl atıb - FOTO






Son Xəbər