XƏBƏR, DÜNYA
10-08-2019, 22:19

Suriyada terrorçularla toqquşmalarda 10 hərbçi həlak olub

Suriyada terrorçularla toqquşmalarda 10 hərbçi həlak olub
Türrorçular Suriyanın Əbu-Dəli yaşayış məntəqəsini atəşə tutublar.

Qərbinfo.az-ın məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib.

Onun sözlərinə görə, terrorçular yaşayış məntəqəsini atəşə tutması nəticəsində 1 dinc sakin həlak olub, 2-si isə yaralanıb: "Daha sonra terrorçular bu ərazidə yerləşən Suriya ordusunun mövqelərinə hücum ediblər. Hökumət qoşunları hücum qarşısını ala bilib".

A.Bakin qeyd edib ki, terrorçularla toqquşma zamanı 10 hərbçi həlak olub, 21-i isə yaralanıb.






Son Xəbər