XƏBƏR, DÜNYA
10-08-2019, 18:52

İranda qum qasırğası 465 nəfəri xəstəxanalıq edib

İranda qum qasırğası 465 nəfəri xəstəxanalıq edib

İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətində son günlər qum qasırğası nəticəsində 465 nəfər xəstəxanaya müraciət edib.

Qərbinfo.az-ın məlumatına görə, bunu vilayətin Fövqəladə hallar idarəsinin baş direktoru Əbdürrəhman Şəhnəvazi deyib.

Ə.Şəhnəvazinin sözlərinə görə, pasiyentlər nəfəs, göz və ürək çatışmazlığına görə müraciət ediblər.

Müraciət edənlərdən 127-i stasionar müalicəyə götürülüb.

Ötən gün qum qasırğasının sürəti saatda 112 kilometrə çatıb.






Son Xəbər