XƏBƏR, HADİSƏ
10-08-2019, 10:57

Şəmkirdə 65 yaşlı kişini avtomobil vuraraq öldürüb

Şəmkirdə 65 yaşlı kişini avtomobil vuraraq öldürüb

Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Qərbinfo.az xəbər verir hadisə rayonun Yeni Həyat kənd ərazisində qeydə alınıb. Şəmkir rayon sakini, 1985-ci il təvəllüdlü Rövşən Məzahir oğlu Məmmədov idarə etdiyi "VAZ-21013" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən, Şəmkir rayon Yeni Həyat kənd sakini, 1954-cu il təvəllüdlü Hüseyn İsaq oğlu Məmmədovu vurub.

Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.






Son Xəbər