XƏBƏR, HADİSƏ
10-08-2019, 09:25

Şəmkirdə 18 yaşlı gənc həmyerlisini bıçaqlayıb

Şəmkirdə 18 yaşlı gənc həmyerlisini bıçaqlayıb
Şəmkir rayonunda gənc oğlan həmyerlisini bıçaqlayıb.

Qərbinfo.az-ın Qərb Mərkəzinin məlumatına görə, rayon sakini, 2001-ci il təvəllüdlü Əmir Abdullayev həmyerlisi, 1998-ci il təvəllüdlü Malik Amil oğlu Abdullayevi bıçaqlayıb.Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Ə.Abdullayev isə saxlanılıb.

Hadisəyə tərəflər arasında pul üstə düşən mübahisə səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.






Son Xəbər