XƏBƏR, İQTİSADİYYAT
10-08-2019, 08:58

Türkiyədə Azərbaycan NEZ məhsullarının satış həcmi açıqlanıb

Türkiyədə Azərbaycan NEZ məhsullarının satış həcmi açıqlanıb

Türkiyənin dövlət bazarında fəaliyyət göstərən ARDNŞ-in Star Neft Emalı Zavodu (NEZ) tərəfindən Türkiyənin daxili bazarında satılan ümumi məhsulun həcmi, 2019-cu ilin may ayında 43,761 min ton təşkil edib.

Bu barədə Qərbinfo.az Türkiyənin Enerji Bazarı Tənzimləmə Təşkilatının (EPDK) saytında yerləşdirilən hesabata istinadən məlumat verir.

Hesabat dövrü ərzində Türkiyə bazarındakı Star zavod məhsullarının payı 1,75 faiz təşkil edib.

EPDK hesabatında göstərilir ki, 2019-cu ilin may ayında NEZ Star 89.983 min ton dizel yanacağı və 40,107 min ton reaktiv yanacağı daxil olmaqla 130,090 min ton neft məhsulları ixrac edib.

Zavodda xam neftin idxalı, 2019-cu ilin may ayında 630,648 min ton təşkil edib.

Qeyd edək ki, 19 oktyabr 2018-ci ildə İzmirdə 6 3 milyard dollar dəyərində olan NEZ Star açılışı olub.

Zavodun layihə gücü 10 milyon tondur və ARDNŞ dövlət şirkəti müəssisə üçün əsas xammal tədarükçüsü kimi çıxış edir.

Zavod Türkiyənin neft-kimya idxalından asılılığını əhəmiyyətli dərəcədə azaldacaqdır.






Son Xəbər