XƏBƏR, SOSİAL
9-08-2019, 18:32

Gənc könüllülər “Şəmkir Aqropark” MMC-də olublar

Gənc könüllülər “Şəmkir Aqropark” MMC-də olublar

Gənc könüllülər “Şəmkir Aqropark” MMC-də olublar.

Qərbinfo.az xəbər verir ki, bu gün Şəmkir Gənclərinin Karyera və İş Mərkəzinin həyata keçirdiyi “Tanışlıq və iş üçün Səfər” layihəsi çərçivəsində könüllü gənclər “Şəmkir Aqropark”-nda olublar.

Qeyd edək ki, layihənin məqsədi mövcud iş şəraiti və uyğun vakansiyalarla tanış olub, karyera qurmaqda gənclərə dəstək olmaqdır.

Könüllü gənclərə məlumat verildi ki, “Şəmkir Aqropark” kompleks beynəlxalq formatda fəaliyyət göstərmək üçün nəzərdə tutulmuş biznes layihəsidir. Şəmkir Aqroparkın fəaliyyəti müasir istehsal, logistika və satış texnologiyalarına əsaslanır. Aqroparkın yaradılması ölkənin ixrac həcminin artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, intensiv metodların geniş tətbiqində, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin yaradılmasında əhəmiyyətli rol oynayacaqdır.

Daha sonra gələcəkdə yaradılacaq iş yerlərinin formatı barədə də məlumat verilib.

Son Xəbər