XƏBƏR, SOSİAL
9-08-2019, 15:19

YAP: “Biz gələcəyik !!! Gənclərlə etibarlı gələcəyə” layihəsi uğurla davam etdirilir - ŞƏMKİR

YAP: “Biz gələcəyik !!! Gənclərlə etibarlı gələcəyə” layihəsi uğurla davam etdirilir

Dövlət Gənclər Siyasətinin uğurla icra olunduğu Şəmkir rayonunda YAP Şəmkir rayon təşkilatı tərəfindən başlanılan “Biz gələcəyik!!! Gənclərlə etibarlı gələcəyə” layihəsi uğurla davam etdirilir.

Qərbinfo.az xəbər verir ki, layihə çərçivəsində növbəti görüş 09 avqust 2019-cu il tarixdə Şəmkir rayonunun Zəyəm qəsəbəsində fəal gənclərlə görüş keçirilmişdir. Görüşdə YAP Şəmkir rayon təşkilatının Aparat rəhbəri Şövqi Həsənov, Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Şəmkir rayon təşkilatının Gənclər Birliyinin sədri Emin İsmayılov iştirak edib.

Görüşdə geniş nitq söyləyən Emin İsmayılov Şəmkir rayonunda aparılan dövlət gənclər siyasətinin istiqamətlərindən, uğurlarından danışıb.

Qarşıdan gələn bələdiyyə seçkilərində YAP üzvlərinin, xüsusi ilə də gənclərin fəal olmaları üçün bu siyasi kampaniyada yaxından iştirak etmələri baxımından bələdiyyələrin fəaliyyətindən, onların hüquq və vəzifələrindən geniş söz açmışdır. Bu gün cəmiyyətimizin, həyatımızın ayrılmaz hissəsi olan sosial şəbəkələr və orada baş verən siyasi proseslər xüsusi diqqətə çatdırılmışdır.

Emin İsmayılov qeyd etmişdir ki, gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclər siyasətinin prioritet istiqamətlərindəndir. Həmçinin Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov tərəfindən gənclər üçün yaradılmış şəraitdən, onların rayonun ictimai-siyasi proseslərinə yaxından cəlb olunmaları diqqətə çatdırılmış, müxtəlif istiqamətlər üzrə fikir mübadiləsi aparılmışdır.

YAP: “Biz gələcəyik !!! Gənclərlə etibarlı gələcəyə” layihəsi uğurla davam etdirilir
YAP: “Biz gələcəyik !!! Gənclərlə etibarlı gələcəyə” layihəsi uğurla davam etdirilir






Son Xəbər