XƏBƏR, İDMAN
9-08-2019, 11:51

Güləşçilərimiz “Qran-pri” turnirində altı medal qazanıb

Güləşçilərimiz “Qran-pri” turnirində altı medal qazanıb

Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə “Qran-pri” turniri davam edir.

Qərbinfo.az xəbər verir ki, yarışların ikinci günündə ilk medalçılar müəyyənləşib. Sərbəst güləş üzrə yarışda Şamil Zubairov (92 kq) qızıl, Əhmədnəbi Qvarzatilov (61 kq) gümüş, Rəşad Yusifli (79 kq) isə bürünc medal qazanıblar.

Yunan-Roma güləşçilərinin mübarizəsində isə Elman Muxtarov (63 kq) çempion olub. Onun finalda məğlub etdiyi Murad Məmmədov, həmçinin İslambek Dadov (72 kq) ikinci yeri tutub.






Son Xəbər