XƏBƏR, DÜNYA
8-08-2019, 21:30

Kəbənin yeni örtüyü 120 kq gümüş və qızıldan hazırlandı

Kəbənin yeni örtüyü 120 kq gümüş və qızıldan hazırlandı

Qurban bayramında Müqəddəs Kəbənin örtüyü dəyişdiriləcək.

Qərbinfo.az xəbər verir ki, yeni örtük maşın və əllə hazırlanıb. Örtüyün hazırlanmasında 200 işçi çalışıb, 700 kiloqram saf ipək, 120 kiloqram gümüş və qızıl sərf edilib. İpəklər İtaliyadan gətirilərək Məkkədə qara rəngə boyadılıb. Üzərində müxtəlif ayələr və dualar yazılıb.

Qeyd edək ki, dörd hissədən ibarət olan örtük 47 metr uzunluğunda və 657 kvadratmetrdir. Onun hazırlanmasına bir ilə qədər vaxt sərf olunub.






Son Xəbər