XƏBƏR, DÜNYA
8-08-2019, 15:53

İranda "Qurban bayramı" ərəfəsində qoyun əti bahalaşıb

İranda "Qurban bayramı" ərəfəsində qoyun əti bahalaşıb
Hər il "Qurban bayramı" ərəfəsində İran bazarında qoyun ətinin qiyməti bahalaşır.

Qərbinfo.az-ın məlumatına görə, bunu İranın Qoyun Əti İstehsalçıları Birliyinin (Iran Sheepmeat Union) sədri Əli Əsğər Məleki bildirib.

Ə.Məlekinin sözlərinə görə, hazırda qoyun əti 930-940 min riala (rəsmi məzənnə ilə 22,1-22,3 dollar, qara bazar məzənnəsi ilə 7,88-7,96 dollar) mağazalara verilir və 1,03-1,05 milyon riala (rəsmi məzənnə ilə 24,5-25 dollar, qara bazar məzənnəsi ilə 8,72-8,89 dollar) istehlakçılara satılır.






Son Xəbər