XƏBƏR, MANŞET-SLAYDER
7-08-2019, 19:30

İcra başçısı:"Bu uğurların mərkəzində Prezidentimizin bacarığı, iradəsi, onun vətən və xalq sevgisi dayanır"

İcra başçısı:"Bu uğurların mərkəzində Prezidentimizin bacarığı, iradəsi, onun vətən və xalq sevgisi dayanır"


"Bu gün Azərbaycan dövləti daxili və xarici siyasətdə çox mühüm nailiyyətlər əldə edib. Müstəqillik tariximizin yaşının az olmasına baxmayaraq, qazandığımız bu nailiyyətlər, bizim üçün tarixi əhəmiyyətə malikdir. Təbii ki, bu uğurların mərkəzində Cənab Prezidentimiz İlham Əliyevin bacarığı iradəsi, onun vətən və xalq sevgisi dayanır."

Qərbinfo.az xəbər verir ki, bunu Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Abbaslı kənd sakinləri ilə görüşü zamanı bildirib.

Bildiyimiz kimi Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov nəzərdə tutulmuş qrafik üzrə səyyari qəbullar keçirir, qəsəb və kəndlərdə vətəndaşların müraciətini dinləyir.

Qeyd edək ki, bu günkü qəblda Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Mürsəlov da iştirak edib.

İcra başçısı qəbuldan öncə sakinlərlə söhbət edərək, onlara ölkəmizdə, eyni zamanda Şəmkir rayonunda baş verən uğurlu hadisələr və əldə olunan nailiyyətlər barədə geniş məlumat verib.
İcra başçısı:"Bu uğurların mərkəzində Prezidentimizin bacarığı, iradəsi, onun vətən və xalq sevgisi dayanır"






Son Xəbər