XƏBƏR, İDMAN
7-08-2019, 21:22

Yeniyetmə və gənc karateçilərin beynəlxalq təlim-məşqləri keçirilir

Yeniyetmə və gənc karateçilərin beynəlxalq təlim-məşqləri keçirilir
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) dəvəti ilə Bakıda Yaponiya, İran, Rusiya, Qazaxıstan, Gürcüstan, Çexiya və Türkmənistan milli komandalarının və klublarının üzvlərinin iştirakı ilə təlim-məşqlər təşkil olunub.

AMKF-dən Qərbinfo.az-a bildiriblər ki, yeniyetmə və gənclərdən ibarət milli komandanın baş məşqçisi Anar Allahverdiyevin rəhbərliyi ilə keçən hazırlıq məşqləri avqustun 10-dək davam edəcək. Yeniyetmə və gənc karateçilərin qatıldıqları təlim-məşqlərə dünya, Avropa, Asiya çempionları kimi 70-dək titullu idmançılar cəlb olunublar. Dünya şöhrətli karateçimiz Rafael Ağayev də təlimdə yer alıb.

Təlim-məşqlər qarşıdakı nüfuzlu turnirlərə hazırlıq xarakteri daşıyır. Milli komandamız oktyabrda Çilidə dünya çempionatında mübarizə aparacaq. Ona qədər isə yeniyetmə və gənc karateçilərimiz Budapeştdə (14-15 sentyabr) beynəlxalq turnirdə mübarizə aparacaqlar.

Yeniyetmə və gənc karateçilərin beynəlxalq təlim-məşqləri keçirilir






Son Xəbər