XƏBƏR, MƏDƏNİYYƏT
7-08-2019, 16:24

Cəzaçəkmə müəssisələrində seminarlar keçirilib

Cəzaçəkmə müəssisələrində seminarlar keçirilib
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2019-cu il üçün təsdiq edilmiş tədbirlər planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli təşkili, vicdan və dini etiqad azadlığının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Qərbinfo.az-a bildiriblər ki, Komitə əməkdaşlarının məhkumlarla növbəti görüşü 2 və 9 saylı cəzaçəkmə müəssisələrində və Şəki Penitensiar Müəssisəsində keçirilib. “Radikal dini qurumların psixoloji təsir metodları” və “Tolerant Azərbaycanda birgə yaşayış ənənələri” mövzularında keçirilmiş seminar-treninqlərdə məhkumlarla ətraflı müzakirələr aparılıb, onların sualları cavablandırılıb.






Son Xəbər