XƏBƏR, İDMAN
7-08-2019, 17:55

“Dinamo” İdman Cəmiyyətinin təmsilçiləri bu ilin birinci yarısında uğurla çıxış ediblər

“Dinamo” İdman Cəmiyyətinin təmsilçiləri bu ilin birinci yarısında uğurla çıxış ediblər

Daxili İşlər Nazirliyinin (DİN) “Dinamo” İdman Cəmiyyəti 2019-cu ilin birinci yarısında idman və bədən tərbiyəsinin inkişafı istiqamətində görülən işləri davam etdirərək bir sıra uğurlara imza atıb. Cəmiyyətdə fəaliyyət göstərən idman bölmələrində təlim prosesinin təşkili, qarşıya qoyulan məqsədlərin səmərəli həyata keçirilməsi və idmançıların qarşıdakı yarışlara hazırlıqlarının təmin edilməsi məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirilib.

“Dinamo” İdman Cəmiyyətindən Qərbinfo.az-a verilən məlumata görə, cari ilin 6 ayı ərzində daxili işlər orqanlarında xidmət edən 100-dən artıq əməkdaş tərəfindən ölkə və beynəlxalq miqyaslı yarışlarda qazanılmış 24 medaldan 15-i ölkənin milli komandalarının tərkibində beynəlxalq arenalarda, Avropa və dünya çempionatlarında əldə olunub. Bu ilin birinci yarısında DİN-in İdman Cəmiyyətinin təmsilçiləri tərəfindən ölkə və beynəlxalq miqyaslı yarışlarda 189 medal qazanılıb. Onların 77-si qızıl, 42-si gümüş, 70-i isə bürüncdür. Bu medalların 86-sı yeniyetmələrin, 43-ü gənclərin, 60-ı isə böyüklərin payına düşür. Medallardan 47-si beynəlxalq miqyaslı, 142-si isə respublika əhəmiyyətli birincilik və çempionatlarında qazanılıb.

Ümumi nəticələrə gəldikdə, sərbəst güləş yeniyetmələrdən ibarət komanda Azərbaycan çempionatında birinci, gənclər isə ikinci yeri tutub. Yunan-Roma güləşi və cüdo üzrə böyüklərdən ibarət komandalar Azərbaycan çempionatında ikinci olublar. Cəmiyyətin boksçuları böyüklər arasında keçirilmiş yarışlarda birinci, gənclər və yeniyetmələrin ölkə birinciliyində ikinci yerləri tutublar. Kikboksinq üzrə Azərbaycan birinciliyində isə cəmiyyətin gənclərdən ibarət komandası birinci, yeniyetmələrin komandası ikinci olub.






Son Xəbər