XƏBƏR, İQTİSADİYYAT
7-08-2019, 11:29

Vergi güzəşti ilə bağlı sərbəst vəsaitlərin məbləği 300 milyon manatadək artacaq

[center]Vergi güzəşti ilə bağlı sərbəst vəsaitlərin məbləği 300 milyon manatadək artacaq
Qeyri-neft sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisi üzrə güzəştin tətbiqi ölkədə məşğulluğun əhəmiyyətli hissəsini təşkil edən bu sahədə çalışan muzdlu işçilərin real gəlirlərinə əhəmiyyətli təsir göstərib.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Qərbinfo.az-a verilən məlumata görə, vergi güzəştinin tətbiqindən ötən 6 ay ərzində bu kateqoriya üzrə işçilərin sərəncamında qalan sərbəst vəsaitlərin məbləği 150 milyon manat təşkil edib.

İlin sonunadək isə həmin məbləğin 300 milyon manatadək artacağı proqnozlaşdırılır.






Son Xəbər