XƏBƏR, DÜNYA
7-08-2019, 09:21

Türkiyədə axtarışda olan daha bir terrorçu zərərsizləşdirilib

Türkiyədə axtarışda olan daha bir terrorçu zərərsizləşdirilib
Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən keçirilən antiterror əməliyyatı nəticəsində “Harun” ləqəbli Miktad Örde adlı terrorçu zərərsizləşdirilib.

Qərbinfo.az xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi tərəfindən Miktad Ördenin tapılması üçün 300 min türk lirəsi pul mükafatı ayrılmışdı. Terrorçu Türkiyənin Hakkari bölgəsində zərərsizləşdirilib.

Əməliyyat zamanı Miktad Ördeyə köməklik etməkdə şübhəli bilinən daha bir terrorçu ələ keçirilib.






Son Xəbər