XƏBƏR, İQTİSADİYYAT
6-08-2019, 21:52

Hüquqi şəxsin təsisçisinin sahibkarlıq fəaliyyəti ilə bağlı məhdudiyyəti yoxdur

Hüquqi şəxsin təsisçisinin sahibkarlıq fəaliyyəti ilə bağlı məhdudiyyəti yoxdur
Hüquqi şəxsin təsisçisi fiziki şəxs kimi vergiödəyicisi ola bilərmi?

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Qərbinfo.az-a bildirilib ki, mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır.

Həmçinin qeyd olunub ki, hər hansı hüquqi şəxsin təsisçisinin, eyni zamanda, fərdi sahibkar kimi vergi orqanında uçota alınmasına və sahibkarlıq fəaliyyəti həyata keçirməsinə məhdudiyyət nəzərdə tutulmayıb.






Son Xəbər