XƏBƏR, İQTİSADİYYAT
6-08-2019, 16:50

“Kölgə iqtisadiyyatı”ndakı dövriyyələr şəffaflaşdırılır - Nazir

“Kölgə iqtisadiyyatı”ndakı dövriyyələr şəffaflaşdırılır - Nazir
2019-cu ilin yanvar-iyun aylarında vergi daxilolmalarının və qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artım tempi bu sahədə ÜDM-in nominal artım tempini üstələyib.

Qərbinfo.az xəbər veirr ki, bunu Vergilər naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, dövlət büdcəsinə vergi daxilolmalarının təmin olunması, vergitutma bazasının genişləndirilməsi, effektiv vergi nəzarətinin tətbiqi, vergi uçotunun düzgün qurulması istiqamətində 2019-cu ilin birinci yarımilliyində aparılan tədbirlər nəticəsində “kölgə iqtisadiyyatı”nda cəmlənmiş dövriyyələrin şəffaflaşdırılması prosesinin başlandığı müşahidə edilir.

"Cari ilin birinci yarısında qeydiyyata alınmış vergi ödəyicilərinin sayının, o cümlədən aktiv ödəyicilərin, habelə aktiv ƏDV ödəyicilərinin, qeydə alınmış obyektlərin (təsərrüfat subyektlərinin) sayının artması, qeyri-dövlət sektorunda əmək müqaviləsi bağlanmış muzdlu işçilərin sayında və əməkhaqqı fondunda, eləcə də iqtisadiyyatın ayrı-ayrı sektorlarında dövriyyələrin artımı vergi daxilolmalarına müsbət təsir edib.

Dövriyyələrin şəffaflaşdırılması sahəsində aparılan işlər, gəlirlərin bəyanetmə səviyyəsinin və könüllü bəyanetmənin əhəmiyyətli dərəcədə qalxması, vergi inzibatçılığında həyata keçirilən islahatlar, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən artım templəri həm tədiyyə növləri üzrə, həm də qeyri-neft-qaz sektorunun əksər sahələrdə vergi daxilolmalarının artımına səbəb olub".






Son Xəbər