XƏBƏR, MANŞET-SLAYDER
5-08-2019, 12:44

Gənc Həkimlər Birliyi ucqar dağ kəndində tibbi müayinə aparıb

Gənc Həkimlər Birliyi ucqar dağ kəndində tibbi müayinə aparıb

Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən ölkəmizdə ilk dəfə Şəmkirdə yaradılan “Gənc Həkimlər Birliyi” qısa zaman ərzində şəmkirlilərin rəğbətini qazanıb, pasientlərinin sevimlisinə çevrilib.

Qərbinfo.az xəbər verir ki, “Gənc Həkimlər Birliyi” rayonun ucqar dağ kəndi olan Qaraqoyunlu kəndində sözün həqiqi mənasında bayram əhvalı yaradıblar.

Belə ki, kəndin sakinləri, xüsusilə də aztəminatlı ailələrin müayinəyə axımı sağlamlığın gənc keşikçilərinə olan inamın, sevginin bariz nümunəsidir. Bu gün kənddə həkimə ehtiyacı olan hər kəs orada idi. Hətta onların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu humanist tədbirləri yüksək qiymətləndirərək, Rayon İcra Hakimiyyətinə və “Gənc Həkimlər Birliyi”nə minnətdarlıqlarını bildirmək üçün gələnlər də az deyildi.

Birlik üzvləri bu gün Bayramlı kəndində 68 sakinin pulsuz tibbi müayinəsini həyata keçirib, bir nəfəri isə təmənnasız əməliyyat üçün Şəmkir Mərkəzi Xəstəxanasına dəvət ediblər.

Müayinə zamanı müxtəlif ixtisaslı həkim-mütəxəssislər aşkar olunan patologiyalara müvafiq olaraq xəstələrə tibbi təyinat və məsləhətlər veriblər.






Son Xəbər