XƏBƏR, DÜNYA
3-08-2019, 08:53

Əfqanıstanda "Taliban"ın üç lideri məhv edilib

Əfqanıstanda "Taliban"ın üç lideri məhv edilibƏfqanıstanda hava hücumu nəticəsində "Taliban" hərəkatının üç lideri məhv edilib.

Qərbinfo.az
-ın məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəsmi "Tvitter" səhifəsində bildirilib.

Məlumata əsasən, hava hücumu avqustun 2-də saat 20:10-da Fərah vilayətində həyata keçirilib.

Nəticədə Fərah vilayətinin "kölgə qubernatoru" Molla Əbdül Bari və qərb vilayətlərində silahlıların fəaliyyətinin əlaqələndirilməsi üçün cavabdeh olan "Taliban"ın iki komandiri məhv edilib.






Son Xəbər