
Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Qərbinfo.az xəbər verir ki, hadisə zamanı rayon sakinləri - 1989-cu il təvəllüdlü Elgün Qabil oğlu Gözəlov və 1994-cu il təvəllüdlü Cəfərzadə Cəfər Əbülfət oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Hadisənin dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
Qeyd edək ki, hadisə 2 VAZ və 1 "Prado" markalı avtomobillərinin idarəetmədən çıxaraq toqquşması nəticəsində baş verib.