XƏBƏR, İQTİSADİYYAT
1-08-2019, 19:48

BP Azərbaycandan olan işçilərinin sayını açıqladı

BP Azərbaycandan olan işçilərinin sayını açıqladı2019-cu ilin ikinci rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2510 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

BP-nin Bakı ofisindən Qərbinfo.az-a verilən məlumata görə, 2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edib. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

Bu ilin birinci yarısı ərzində BP Azərbaycan şirkətinin on yerli işçisi BP-nin Böyük Britaniya, İraq, Rusiya və digər ofislərində yüksək vəzifəli rəhbər işlərə təyin olunub.

BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.






Son Xəbər