XƏBƏR, MANŞET-SLAYDER
1-08-2019, 15:31

İcra başçısının bu örnək addımı ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib - GÜNÜN MÖVZUSU

İcra başçısının bu örnək addımı ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib

Qərbinfo.az onlin xəbər saytı olaraq günün ən maraqlı mövzusunu təqdim edir

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun rayon ərazisində fəaliyyət göstərən fermer təsərrüfatlarının birinə baş çəkməsi və sahədə işləyən insanlara kartof yığımında kömək etməsi günün ən aktual mövzusu olub.
İcra başçısının bu örnək addımı ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib


Xəbər verdiyimiz kimi, bu gün şəmkirli sahibkar Tahir Hüseynovun təsərrüfatına baş çəkən icra başçısı, orada təsərrüfat işləri və hər hansı çətinliyin olub olmaması ilə maraqlanıb. Sonra sahədə işləyən işçilərlə söhbət edib və onlara kartof yığımında kömək edib.

İcra başçısının bu örnək addımı sahədə çalışan işçilərlə yanaşı, Şəmkir ictimaiyyətinin rəğbətinə səbəb olub.

Qeyd edək ki, bu mövzu gənclər tərəfindən sosial şəbəkələrdə də yer alıb. Onlar bunu insan əməyinə hörmət, əməyin təbliği və rəhbərin hər zaman vətəndaşının yanında olması kimi qiymətləndiriblər.




İcra başçısının bu örnək addımı ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib






Son Xəbər