XƏBƏR, SİYASƏT
31-07-2019, 16:49

"Qərbinfo.az" erməniləri müdafiə edən qadın haqqında araşdırma aparıb

"Qərbinfo.az" erməniləri müdafiə edən qadın haqqında araşdırma aparıbQərbinfo.az azərbaycanlılara qarşı düşmənçilik mövqeyində olan SSRİ xalq deputatı Qalina Staravoytovanın fəaliyyətinin bəzi qaranlıq məqamları ilə bağlı arşdırma aparıb.

Araşdırma zamanı məlum olub ki, Q.Staravoytova 1988-ci ildə ermənilərin işğalçı iddiaları başlanan gündən ermənilərin haqsız mövqeyini müdafiə edib. Hətta bu işdə Saxarovla birgə fəaliyyət göstərib.

Əldə olunan məlumatlara görə, Q.Staravoytova Qarabağ müharibəsi zamanı əsir düşən azərbaycanlılara rişxənd edib, ermənilərlə döyüşməyin sonunun belə olacağını bildirib.

Başdan ayağa azərbaycanlılara düşmənçilik hissi bəsləyən bu qadın, 1991-ci il Qarakənd faciəsinin izni itirənlərdən biri olub. O, ermənilər tərəfindən törədilmiş Qarakənd terroru barəsində ictimaiyyət arasında yalnış təsəvvürlər formalaşdırmağa cəhd edrək, hadisənin sadəcə qəza olduğunu, "vertalyotun ağaca" çırpıldığını qeyd edib. Eyni zamanda, vertalyotdakı "Qara qutu"nun yandırılaraq sıradan çıxarılmasına köməklik gösərib.

Faktlara əsasən Q.Staravoytovanın azərbaycanlılara qarşı hər zaman düşmən mövqeyində olması təkzib edilməzdir.

Araşdırma zamanı bu qadının ölüm səbəbinin də bəzi məqamları üzə çıxıb. Beləki, o, yaşadığı mənzilin önündə ağız və boyun nahiyəsindən aldığı güllə yarasından öldüyü məlum olub. Əldə olunan məlumata görə, qadın 1998-ci il noyabrın 20-də qətlə yetirilib. Qeyd edək ki, onun ölüm günü ört-basdır etmək istədiyi 20 noyabr 1991-ci il Qarakənd terrorunun törədildiyi günə təsadüf edir.

Araşdırma zamanı daha çox diqqət çəkən məqam isə, Q.Staravoytovanın qətlində, məhz onun göz-bəbəyi kimi qoruduğu ermənilərin əli olduğunun küman edilməsidir. Qeyd edək ki, baş vermiş bu cinayət işi bağlı qalmışdır.






Son Xəbər