XƏBƏR, SOSİAL
31-07-2019, 11:29

Polkovnik-leytenant Rəşad Atakişiyev Şəmkirin Qılıncbəyli kəndində yaşayıb - ARAŞDIRMA

Polkovnik-leytenant Rəşad Atakişiyev Şəmkirin Qılıncbəyli kəndində yaşayıb - ARAŞDIRMA
İyulun 24-də axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilot, polkovnik-leytenant Rəşad Atakişiyev haqqında məlumat.

Qərbinfo.az-ın araşdırmasına görə, Rəşad Atakişiyev 1985-ci il yanvar ayının 7-də Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olub. Ailədə üç qardaş olublar.

O, ilk təhsilini Şəmkir rayonunu Şöhrət Hüseynov adina Qılıncbəyli kənd tam orta məktəbində alıb.
Rəşad Atakişiyev oxuduğu müddətdə təlim-tərbiyəsi, bilik və bacarığı ilə seçilib. Məhz yüksək keyfiyyətləri nəticəsində müəllimlərin sevimli şagirdinə çevirib.

Orta məktəbi yüksək qiymətlərlə bitirən Rəşad, ali təhsil almaq arzusu ilə Bakıda Hərbi Hava Qüvvələrinin məktəbinə üz tutub. O, ali məktəbi də yüksək qiymətlərlə başa vurub. Əldə etdiyi bilik və bacarıqları sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.

Öz peşəsini yüksək səviyyədə mənimsəyən Rəşad, qısa zaman ərzində təcrübəli pilotlar sırasına yüksəlib. Qeyd edək ki, ötən ilin oktyabrında Real TV-də yayımlanan “Şahinlər” filmində iştirak edərək, havada ən çətin, təhlükəli manevrlərin öhdəsindən gəlib.

Ailəlidir, iki övladı var.






Son Xəbər