XƏBƏR, HADİSƏ
29-07-2019, 13:28

Bu gün bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir

Bu gün bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir
İyulun 29-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Qərbinfo.az xəbər verir ki, dağlıq ərazilərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə isti təşkil edəcək.






Son Xəbər