XƏBƏR, DÜNYA
29-07-2019, 12:29

Ermənistanda benzin dolu sisternlər yanır

Ermənistanda benzin dolu sisternlər yanır

Ermənistanın şimalında Tumanyan şəhərində dəmiryolu vağzalında benzin dolu sisternlər yanır.

Qərbinfo.az-ın məlumatına görə, bu barədə ölkənin Fövqəladə Xidməti xəbər yayıb.

Məlumata görə, yanan 50 tonluq 2 sisterndir. Yanğınsöndürənlər alovun qarşısını almağa çalışırlar. Yanğının başqa sisternlərə də keçmək təhlükəsi olduğu bildirilir.

Dəmiryol idarəsinin yaydığı məlumata görə, xətdə ümumilikdə 29 vaqon var ki, onlardan 17-si benzinlə doludur. Qalan vaqonların boş olduğu qeyd edilir.

Yanğının hansı səbəbdən başlaması hələ məlum deyil.






Son Xəbər