XƏBƏR, DÜNYA
27-07-2019, 20:32

Gürcüstanda NATO-nun “Agile Spirit – 2019” təlimləri başlayıb

Gürcüstanda NATO-nun “Agile Spirit – 2019” təlimləri başlayıb

Gürcüstanda NATO-nun “Agile Spirit – 2019” təlimləri başlayıb.

Qərbinfo.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Gürcüstanın Müdafiə naziri Levan İzoriyanın sözlərinə görə, Senaki şəhərində piyada qoşunları briqadasının yerləşdiyi ərazidə keçirilən təlimlərdə 14 ölkədən 3 mindən çox hərbçi iştirak edir. O əlavə edib ki, təlimlərin keçirilməsindən məqsəd gürcü ordusu ilə NATO arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsidir.

Gürcüstan ordusunun təlimlərdə iştirak edən kontingentinin başçısı, general-leytenant Vladimir Çaçibaya bildirib ki, tədbir Tbilisinin NATO ilə daha çox yaxınlaşma strategiyasına uyğun keçirilir. Onun sözlərinə görə bu təlimlərin əvvəlkilərdən fərqi nəzəri hissə ilə yanaşı, Orfolo poliqonunda praktik məşğələlərin də olmasıdır.

Avqustun 9-da başa çatacaq təlimlərdə ABŞ, Belçika, Böyük Britaniya, Bolqarıstan, Yunanıstan, Latviya, Litva, Monteneqro, Norveç, Polşa, Rumıniya, Türkiyə və Ukrayna hərbçiləri iştirak edirlər.

NATO-nun “Agile Spirit – 2019” təlimləri 2011-ci ildən bəri keçirilir. Bu proqram çərçivəsində gürcü hərbçiləri beynəlxalq sülhməramlı missiyalarda iştirak etmək üçün hazırlıq keçirlər.






Son Xəbər