XƏBƏR, MƏDƏNİYYƏT
27-07-2019, 13:53

"Milli Yaylaq Festivalı"nın açılışında Bilal Ərdoğan da iştirak edib

"Milli Yaylaq Festivalı"nın açılışında Bilal Ərdoğan da iştirak edib
Gədəbəy rayonunda təşkil olunan festivalın ötən gün baş tutan açılışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan da iştirak edib.

Qərbinfo.az-ın məlumatına görə B.Ərdoğan bildirib ki, Milli Yaylaq Festivalının təşkili Azərbaycanda milli idman növlərinin inkişafına çox güclü dəstəyin olduğunu göstərir. O qeyd edib ki, Azərbaycanda xüsusilə də uşaqlar, gənclər öz milli idman növlərini öyrənməli, onları yaşatmalıdırlar.

B.Ərdoğan: "Mədəniyyətimizi itirsək, müstəqilliyimizi itirərik. Buna görə də gənc nəsil arasında milli idman oyunlarının təbliği aparılmalıdır ki, onlar unudulmasın. Əgər öz mədəniyyətimizə sahib çıxmasaq, o zaman bizi məğlub etmək istəyənlər arzularına çatarlar".






Son Xəbər