XƏBƏR, İDMAN
27-07-2019, 13:29

Azad Rəhimov: “Olimpiya Festivalını yüksək səviyyədə keçirdik”

Azad Rəhimov: “Olimpiya Festivalını yüksək səviyyədə keçirdik”
Qonaqların və idmançıların rəylərinə əsaslanaraq deyə bilərəm ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalını yüksək səviyyədə keçirdik.

Qərbinfo.az xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov yarışın yekunlarına həsr olunnumuş mətbuat konfransında deyib. O, bildirib ki, bütün qonaqlar Azərbaycandan xoş təəssüratlarla ayrılır.

Nazir qeyd edib ki, idmançılarımız festivalı 48 ölkə arasında ikinci pillədə başa vurmağa yaxındır: "Bu festival idmançılarımızı gələcəkdə daha böyük nailiyyətlər əldə etməyə ruhlandıracaq. Azərbaycan idmançıları yarışlarda uğurla iştirak etdilər. İdmaçılarımızın qazandığı medalların sayı və keyfiyyəti bizi qanə edir”.

A.Rəhimov əlavə edib ki, festivalın bağlanış mərasimi üçün biletlərin hamısı satılıb.






Son Xəbər