XƏBƏR, İDMAN
26-07-2019, 19:29

Uanq Tinşi: EYOF Bakı-2019-un təşkilatçılarına kömək etdiyimə görə sevinirəm

Uanq Tinşi: EYOF Bakı-2019-un təşkilatçılarına kömək etdiyimə görə sevinirəm

XV Avropa Gənclər Olimpiya Festivalının (EYOF Bakı-2019) təşkilatçılarına kömək etdiyimə görə sevinirəm.

Qərbinfo.az xəbər verir ki, bu barədə qızlar arasında basketbol oyunlarının keçirilməsinə kömək edən çinli könüllü Uanq Tinşi danışıb.

Uanq Tinşi deyib: “Bakı çox xoşuma gəlir. Şəhər çox gözəl, insanlar səmimi və mehriban, yerli mətbəx olduqca ləzzətlidir. Mən özüm 12 yaşımdan basketbol oynayıram. Mənim fikrimcə, EYOF Bakı-2019-da basketbol üzrə çempion Rusiya yığması olacaq”.






Son Xəbər