XƏBƏR, MƏDƏNİYYƏT
26-07-2019, 18:30

“Gənc Yazarlar Klubu”nda Bəxtiyar Vahabzadənin yaradıcılığı mövzusu yer aldı - ŞƏMKİR

Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzində fəaliyyət göstərən “Gənc Yazarlar Klubu”nda növbəti görüş baş tutub.

Qərbinfo.az xəbər verir ki, Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı müzakirə olunan görüşdə qonaq qismində tanınmiş şair Məzahir Hüseynzadə, Sərxan Xəzər və Şair Həsrət iştirak ediblər.

Görüşdə Məzahir Hüseynzadə Bəxtiyar Vahabzadə ilə bağlı xatirələrini bolüşdükdən sonra öz kitablarını gənclərə hədiyyə edib.

Eyni zamanda, qonaqlar gənc yazarlarla tanış olaraq, onların yazdıqları şeirləri dinlədilər.

Qeyd edək ki,"Gənc Yazarlar Klubu"nun yaradılmasında məqsəd gənc yazarları kəşf etmək, gənclər arasında ədəbi mühiti bərpa etmək və onların daxilindəki yaradıcılıq gücünü istifadə edərək düşüncələrini kağız üzərinə köçürə biləcək vərdişlərə sahib olma imkanı yaratmaqdır.

Son Xəbər