XƏBƏR, İDMAN
26-07-2019, 15:58

EYOF: Azərbaycan cüdoçusu Hüseyn Məmmədov finala yüksəlib

EYOF: Azərbaycan cüdoçusu Hüseyn Məmmədov finala yüksəlib
Azərbaycan cüdoçusu Hüseyn Məmmədov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) finala yüksəlib.

Qərbinfo.az-ın məlumatına görə, 90 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda moldovalı Alin Baqri üzərində ipponla qələbə qazanıb. İdmançımız qızıl medal uğrunda görüşdə Axmed Maqomadov (Rusiya) - Jan Karletti (İtaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

81 kq-da yarışan Məhərrəm İmamverdiyev də təsəlliverici görüşlərdə qələbə qazanıb. O, bürünc medal uğrunda görüşdə İsrail təmsilçisi ilə qarşılaşacaq.

Qadın cüdoçu, 70 kq-da yer alan Nərmin Əmirli təsəlliverici görüşdə rusiyalı Yelizaveta Postnikovaya uduzub.






Son Xəbər