XƏBƏR, İDMAN
26-07-2019, 09:41

Üzgüçülük yarışlarının sonuncu günündə Azərbaycanın 3 atleti mübarizə aparacaq

Üzgüçülük yarışlarının sonuncu günündə Azərbaycanın 3 atleti mübarizə aparacaq

İyulun 26-da XV Avropa Gənclər Yay Olimpiya Festivalının üzgüçülük yarışlarına yekun vurulacaq.

Qərbinfo.az xəbər verir ki, sonuncu yarış gününün səhər sessiyasında Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə, Aysel Səfərova 800 metr məsafəyə sərbəst, Elyar Cahangirbəyov isə 400 metr məsafəyə fərdi qaydada qarışıq üzmə yarışlarında qüvvələrini sınayacaqlar.

Bundan əlavə, həm qızlar, həm də oğlanlar arasında 4x100 metr məsafəyə qarışıq üzmə yarışları keçiriləcək. Axşam sessiyasında isə üzgüçülük yarışlarının son qaliblərinin adlarına aydınlıq gələcək.






Son Xəbər